Bundesliqanın liderindən 30 milyon avroluq transfer

Almaniyanın "Leyptsiq" klubu yeni transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, Bundesliqa klubu Xorvatiyanın "Dinamo" klubunun hücumameyilli yarımmüdafiəçisi Dani Olmonu transfer edib. "Leyptsiq" bu keçid üçün Zaqreb klubuna 30 milyon avro təzminat ödəyib. İspan futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Olmo 2014-cü ildə "Barselona"nın akademiyasından "Dinamo"ya keçib. 21 yaşlı futbolçu 2019-cu ildən İspaniya yığmasına dəvət alır.