Ceymi Gittens üçün 4 klub elçi düşüb

“Borussiya Dortmund”un ingiltərəli futbolçusu Ceymi Gittens mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az futbol jurnalisti Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, dörd İngiltərə klubu Ceymi Gittenslə yaxından maraqlanır. Siyahıda “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları yer alıb.

Ceymi Gittensin dəyəri “Transfermarkt” portalına görə 35 milyon avrodur.

Qeyd edək ki, C.Gittensin “Borussiya Dortmund”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.