"Çelsi"nin əsas istəyi
"Çelsi" "Roma"nın futbolçusu Manu Koneni heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
25 yaşlı oyunçu dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, M.Kone "Roma" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.