“Çelsi”nin ulduzu “Real”ın radarındadır

“Çelsi”nin argentinalı futbolçusu Enzo Fernandez mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” gələn ilin yayında Enzo Fernandez üçün “Çelsi”yə 80 milyon avro təklif edəcək.

“Çelsi” bu təklifə müsbət yanaşır.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Enzo Fernandez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 asistlə yadda qalıb.