Çempion kubokunu Azərbaycan prezidenti təqdim etdi
Bu gün Bakıda keçirilən Formula-1 Avropa Qran Prisi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
SportLine.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev F-1 mərhələsinin qalibi olan "Mercedes" komandasının pilotu Niko Rosberqə çempion kubokunu təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konstruktorlar kubokunu "Mercedes AMG"nin texniki direktoru Aldo Kostaya təqdim edib. Finişə ikinci çatan Sebastyan Fettelə (Ferrari) isə mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov verib.
Yarışda üçüncü yeri tutan Serxio Peres (Force India) Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən mükafatlandırılıb.