Çempionlar Liqası: "Atalanta" "Valensiya"nı, "Leyptsiq" "Tottenhem"i uddu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin daha iki görüşü olacaq.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə İtaliyanın "Atalanta" komandası İspaniya "Valensiya"sını qəbul edəcək. Meydan sahiblərinin heyətində itki yoxdur. "Yarasalar"da isə müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Vellexo zədəlidir. Qapıçı Yasper Sillessen, yarımmüdafiəçi Denis Çerışev və hücumçu Kevin Qameyronun meydana çıxacağı sual altındadır.

Günün digər matçında "Tottenhem"  Almaniya "Leyptsiq"i ilə üz-üzə gələcək. Londonluların heyətində yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keyn olmayacaq. Hər iki futbolçu zədəlidir. Almaniyalılardan isə, müdafiəçilər Villi Orban ilə İbrahim Konate, yarımmüdafiəçilər Teyler Adams ilə Kevin Kampl oyunu kənardan izləməli olacaq.

Çempionlar Liqası, 1/8 final mərhələsi

24:00. "Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya) 4:1
Qollar:
Hans Hatebur, 16 (1:0), Yosip İliçiç, 42 (2:0), Remo Froyler, 57 (3:0), Hans Hatebur, 62 (4:0), Denis Çerışev, 66 (4:1)

Baş hakim: Maykl Oliver (İngiltərə)

"San Siro" stadionu 

24:00. "Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya) 0:1
Qol:
Timo Verner, 58 pen.

Baş hakim: Cüneyt Çakır (Türkiyə) 

"Tottenhem" stadionu