Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
UEFA Çempionlar Liqasının həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Erlinq Holland (“Borussiya Dortmund”, Almaniya), Renan Lodi (“Atletiko Madrid”, İspaniya), Hans Hatebor (“Atalanta”, İtaliya) və Huqo Loris (“Tottenhem”, İngiltərə) iddialıdır.