Çempionlar Liqasının yeni topu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin və final matçının topu nümayiş etdirilib.

Sportline.az xəbər verir ki, bu haqda qurumun rəsmi Tvitter səhifəsində bildirilib. Top qırmızı və göy rənglərlə hazırlanıb. Dizayn Şərqlə Qərbi, yaxud Asiya ilə Avropanı birləşdirən şəhərdən – İstanbuldan ilham alıb.

Xatırladaq ki, 2019-20 mövsümü Çempionlar Liqasının finalı mayın 30-u, İstanbuldakı “Olimpiya” stadionunda keçiriləcək.

Əlavə edək ki, ÇL-də pley-off, 1/8 final mərhələsinin matçları bu gecə başlayır.