Çexiyadakı futbolçumuz yeni klubunda het-trik etdi

"Slaviya"da çıxış edən Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Çexiyada klubunu dəyişib.

Sportline.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi II Liqa təmsilçisi "Viktoriya Jijkov"a keçib. Fərid yeni klubu ilə 2,5 illik müqavilə bağlayıb.

Nəbiyev yeni komandasında debüt etmək imkanı qazanıb. O, "Çeske Budeyovitse" ilə keçirilən yoxlama görüşündə 3 qol vurub. Qarşılaşma "Viktoriya Jijkov"un 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Viktoriya Jijkov"da "Qəbələ"nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.