Çuameni: “Ronaldonun 2012-ci ildə Nou Kampda vurduğu qol ən gözəl andır”

“Real Madrid”in fransalı futbolçusu Orelyan Çuameni “El Klassiko” öncəsi maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verərkən Çuameni bu fikirləri söyləyib;

“El Klassiko” dünyanın ən böyük matçıdır. İllərdir rəqabət var. Ən unuda bilmədiyim El Klassiko xatirəsi 2012-ci ildə yaşanmışdı. Ronaldo Nou Kampda qol vurduğdan sonra sakit olun mən burdayam deməsi idi. O tarixin ən böyük futbolçusudur. Bu gün “Barselona”nı məğlub etmək istəyirik. Matça yaxşı hazırlaşmışıq”, - deyə O.Çuameni bildirib.

Qeyd edək ki, Çuameni “Real Madrid” ilə çıxış etdiyi 101 matçda 3 qol və 5 asistlə yadda qalıb.