Daha bir futbol ulduzu karyerasını bitirdi

İspaniya millisi və Madrid "Real"ındakı çıxışı ilə milyonların sevgisini qazanan İker Kasilyas karyerasını bitirib.
Sportline.az xəbər verir ki, bunu "Portu"nun prezidenti Jorje Pintu da Koşta da təsdiqləyib:
 
"İker Kasilyas namizədliyini açıqlamamışdan əvvəl mənimlə görüşmək üçün Portuya gəldi. Birlikdə yemək yedik və o, karyerasını bitirdiyini ilk olaraq mənə dedi. Kluba olan münasibəti, həqiqətən də, mənə çox təsir etdi. Özümü xoşbəxt hiss etdim.
 
Ondan geriyə gözəl təəssüratlar qalacaq. Kasilyas üçün çox darıxacam. "Vitoriya Qimaraeş"lə oyundan əvvəl bizə video-mesaj göndərmişdi".
 
Da Koşta ispan qapıçının yaxın günlərdə qərarını ictimaiyyətə açıqlayacağını sözlərinə əlavə edib.
 
Qeyd edək ki, Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti postuna namizəddi.