Dani Kintananın yeni klubda məvacibi açıqlandı
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Dani Kintananın, Çinin “Chenqdu Better Siti” klubunda qazancı açıqlanıb.
Sportline.az xəbər verir ki, o, Çin klubu ilə 2 illik müqavilə imzalayacaq.
Dani bu müddətdə 1,2 milyon avro maaş alacaq.
Komandası birinci liqanın qalibi olarsa, ona daha 500 min avro ödəniləcək.