De Yonqun son durumu açıqlanıb
“Barselona”nın niderlandlı futbolçusu Frenki De Yonqun zədəsinin tam sağalmadığı qeyd olunur.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. F.De Yonqun müalicəsi davam edir.
“Barselona” klubunun baş məşqçisi Hansi Flik öz açıqlamasında De Yonqun zədəsinin ciddi olmadığını söyləyib.
Qeyd edək ki, Frenkie De Yonq “Selta”ya qarşı matçda iştirak edə bilməyəcək.