"Dinamo" keçmiş "Qarabağ"lını təqdim etdi

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Gürcüstanın "Dinamo" klubuna transfer olub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Batumi təmsilçisi 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da çıxış etmişdi. O, 2019-cu ilin qış fasiləsində "Aktobe"dən Ağdam klubuna qayıtmışdı. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo Qazaxıstan təmsilçisi "İrtış"la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrılmışdı.