"Dinamo" Şeydayevlə vidalaşdı
Moskva “Dinamo”su millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Tərəflər bu ilin yayına qədər olan müqaviləni ləğv ediblər. Klub Şeydayevə təşəkkürünü bildirib.
Xatırladaq ki, 23 yaşlı futbolçumuz ötən ilin yayında digər Premyer Liqa təmsilçisi "Krılya Sovetov"dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində 9 oyun keçirib (8 Premyer Liqa, 1 kubok) və qol vura bilməyib. Buna görə tez-tez Rusiya mediasının tənqidi ilə üzləşən futbolçumuzun bu qış göndəriləcəyi haqda fikirlər səslənirdi.