Dünya Atletika Assosiasiyasının prezidenti seçildi

Sebastyan Kou Dünya Atletika Assosiasiyasının prezidenti kimi fəaliyyətini davam etdirəcək.

Sportline.az "World Athletics"in mətbuat xidmətinə istinadla xəbər verir ki, 66 yaşlı britaniyalı yenidən qurumun rəhbəri seçilib.

O, daha 4 il dünya atletikasının uğurları üçün çalışacaq.

Kou 195 səsdən 193-nə sahib çıxıb.

Qeyd edək ki, Sebastyan Kou 1500 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionudur (1980, 1984).