Dünya bu avtoqoldan danışır

Niderland çempionatının 22-ci turunda PSV- "Villem  II" matçında  (3:0) gülməli avtoqol qeydə alınıb.

Sportline.az xəbər verir ki, qonaq komandanın futbolçusu Mayk Trezor Ndaşimimiye görüşün 90+3-cü dəqiqəsində topu qapıçıya ötürmək istəyib. Ancaq  o, qapıçının  qapını tərk etdiyinin fərqində olmayıb. Nəticədə avtoqol qeydə alınıb.