Dünya çempionatı təxirə salındı

Çinin Nankinq şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə qış dünya çempionatı təxirə salınıb.

Sportline.az Beynəlxalq Atletika Federasiyaları Birliyinin (World Athletics) rəsmi saytına istinadən xəbər verir ki, mundial 2023-cü ilin martında olacaq.

Qərar koronavirus pandemiyası səbəbindən verilib.

Qeyd edək ki, dünya çempionatı 2021-ci ilin martında keçirilməli idi.