Duqlas Kosta zədələndi

"Yuventus"un futbolçusu Duqlas Kosta zədələnib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, o, İtaliya A seriyasının 23-cü turunda "Verona" ilə matçda zədə alıb. Tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin 15-20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Kosta bu mövsüm zədə səbəbindən 13 matçda meydana çıxmayıb.