Ekitike “Ayntraxt”dan ayrılmaq üzrədir

"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Ekitike ilə yaxından maraqlanır.

Almaniya klubu 23 yaşlı forvard üçün 90 milyon avro tələb edir.

Qeyd edək ki, Ekitike ötən mövsüm meydana çıxdığı 48 matçda 22 qol 12 asistlə yadda qalıb.