"Əl-Hilal" "Milan"ın futbolçusunu transfer edəcək
Teo Hernandezin bu yay "Milan"dan ayrılacağı dəqiqləşib.
Sportline.az xəbər verir ki, "Əl-Hilal" Teonun transferini bu həftə açıqlamaq niyyətindədir.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Teo Hernandez ötən mövsüm çıxış etdiyi 50 matçda 5 qol 7 asistlə yadda qalıb.