"Əl-Nəsr"dən "Arsenal"a təklif var

"Arsenal"ın brazilyalı futbolçusu Qabriyel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun dəyəri 60 milyon avrodur.

"Əl-Nəsr" Qabriyel üçün "Arsenal"a təklif göndərib.

Qeyd edək ki, sol cinah vingerinin London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.