Əliyar Ağayev Yunanıstan çempionatında

Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıblar.

Sportline.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Xatırladaq ki, Əliyar Ağayev ötən ilin mart ayında Superliqada PAOK - "Atromitos" matçına da təyinat almışdı.