Elvin Yunuszadənin yeni klubu bəlli oldu

"Səbail"dən ayrılan Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, millimizin sabiq üzvü karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. O, bu ölkənin yüksək liqa təmsilçisi "Çelik"lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Komandanı ötən ildən türkiyəli mütəxəssis Ümit Özat çalışdırır.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Neftçi" və "Qarabağ"da da çıxış edib.