Emil Balayev Azərbaycanda

"Tobol"dan ayrılan Emil Balayev klubsuzdur.

Sportline.az xəbər verir ki, Kostanay təmsilçisi ilə müqaviləsini ləğv edəndən sonra 25 yaşlı qapıçı Qazaxıstanda qalmışdı. Milli üzvü artıq bir neçə gündür ki, Azərbaycana dönüb. Balayev formada qalmaq üçün fərdi hazırlaşır.

Emil Balayev erməni baş məşqçi Qriqori Babayanın "Tobol"a gəlişindən sonra klubdan ayrılmışdı. Bir çoxları onu bu addımına görə alqışlasa da, qapıçını qeyri-peşəkarlıqda günahlandıranların sayı elə də az deyil.