Emil Balayev komandası ilə vidalaşdı

Millimizin qapıçısı Emil Balayev Qazaxıstan “Tobol”undan ayrılıb.

Sportline.az klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Ona bundakı sonrakı karyerasında uğurlar arzulanıb.
 
Qeyd edək ki, Emil Balayev "Tobol"a ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb.

Xatırladaq ki, Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.