Emil Balayev Polşa çempionatında?

Erməni baş məşqçi Qriqori Babayanın "Tobol"a gəlişindən sonra Emil Balayevin klubdan ayrılacağı gözlənilir. 
 
Sportline.az xəbər verir ki, milli futbolçumuzun karyerasını Polşada davam etdirməsi mümkündür. 
 
Bu barədə azerifootball.com məlumat yayıb. Gənc qapıçının qapı xəttində problemi olan "Zaqlembe" klubuna menecerlər tərəfindən təklif olunduğu bildirilir. 
 
Yaxın günlərdə "Zaqlembe" klubunun rəhbərliyinin Emil Balayevin icarəyə götürülməsinə dair danışıqlar üçün "Tobol"a müraciət edəcəyi qeyd olunur. 
 
Qeyd edək ki, bu keçidin baş tutacağı təqdirdə Emil Polşanın yüksək liqasında çıxış edən ikinci azərbaycanlı futbolçu olacaq. Buna kimi 2007/08-ci illər mövsümündə Saşa Yunisoğlu "Diskoboliya" klubunun şərəfini qorumuşdur.