Emil Balayevin "Tobol"da son durumu

Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama matçına çıxıb.

Sportline.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Slovakiya “Jilina”sı ilə üz-üzə gəlib. 1:1 hesabı ilə nəticələnən oyunda Emil Balayev iştirak etməyib.

Qeyd edək ki, erməni baş məşqçi Qriqoriy Balayan komandaya baş məşqçi təyin olduqdan sonra Balayevin “Tobol”dan ayrılması gündəmdədir.