Emil Balayevlə bağlı qərar verildi

"Tobol" Qazaxıstan çempionatında yeni mövsümün hazırlıqlarına başlayır.

Sportline.az xəbər verir ki, Qriqori Babayanın  komandası bu gündən yanvarın 27-ə qədər Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçəcək.

Erməni mütəxəssisin toplanış üçün siyahısında millimizin üzvü Emil Balayev da yer alıb.

Qeyd edək ki, E.Balayevin "Tobol"dan ayrılacağı iddia olunur.