Əmrah Çelikel: "Beqoviçin qiyməti..."

Bu gün Britaniya mətbuatında müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin karyerasını "Qarabağ"da davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.

Sportline.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çelikel məsələyə münasibət bildirib.

O, Qol.az-a açıqlamasında bosniyalı qapıçının transfer qiymətinin Ağdam təmsilçisinə uyğun olmadığını deyib: "Beqoviçə görə klublar arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcənin  üstündədir".

Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb