Əmrə Can "Liverpul"a görə təklifdən imtina edib

"Yuventus"da əsas heyətə düşməkdən çətinlik çəkən Əmrə Can "Mançester Yunayted"in transfer təklifini qəbul etməyib.

Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, Türkiyə əsilli alman futbolçu sərfəli təklif alsa da, keçmiş klubu "Liverpul"un əzəli rəqibinə keçmək istəməyib.

"Yuventus" 26 yaşlı yarımmüdafiəçini icarəyə verməyə də hazırdır. Əmrə Avropa çempionatından öncə daha çox oynamaq üçün təklifləri gözdən keçirir.

Almaniya millisinin üzvü 2014-2018-ci illərdə "Liverpul"da çıxış edib.