En Nesri "Əl-İttihad" klubuna transfer oldu

“Əl-İttihad” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportline.azxəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Fənərbağça”dan Yussef En-Nesirini heyətinə qatıb.

Transferlə bağlı məlumat klubun rəsmi saytı vasitəsilə açıqlanıb.

Mərakeşli hücumçu üçün Türkiyə klubuna 15 milyon avro ödənilib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Fənərbağça” En-Nesirini 2024-cü ilin yayında “Sevilya”dan 19,5 milyon avroya transfer etmişdi.

Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində 27 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.