Ərdoğan Ramil Quliyevi təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 200 metr məsafəyə qaçışda Avropa çempionu olan Ramil Quliyevi təbrik edib.

SportLine.az xəbər verir ki, bu barədə idmançının özü mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, prezident 4x100 metrə bayraq yarışında da medal gözlədiyini dilə gətirib. 

R.Quliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib.