Ərən Dərdiyokun gözlənilməz seçimi

"Göztəpə" ilə yolları ayrılan Eren Derdiyok karyerasını Özbəkistanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, türk əsilli isveçrəli futbolçu Şota Arveladzenin çalışdırdığı, "Paxtakor"la anlaşıb.

Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, Eren Derdiyok "Hoffenhaym", "Bazel", "Bayer" Leverkusen, "Qalatasaray" kimi komandaların şərəfini qoruyub.