"Erlinq şou" davam edir

Almaniya kubokunun 1/8 final mərhələsində “Verder” “Borussiya”ya (Dortmund) 3:2 hesabı ilə qalib gəlib.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin ilk qolunun müəllifi Erlinq Haland klubun tarixinə düşüb. 

Norveçli hücumçu “Borussiya”da iştirak etdiyi ilk 4 oyunda 8 qol vuran ilk futbolçu olub.

Xatırladaq ki, 19 yaşlı futbolçu “Borussiya”ya “Zalsburq”dan transfer olunub.