Erməni klubu fəaliyyətini dayandırdı

Moskvanın ermənilərə məxsus olan "Ararat" klubu fəaliyyətini dayandırıb.

Sportline.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçev məlumat verib: "Ararat"ın  fəaliyyətini dayandırdığını təsdiq edə bilərik. Böyük borclar var, klub lisenziyadan məhrumdur. Klub əlaqəni dayandırıb"

Qeyd edək ki, "Ararat" 2017-ci ilin martında Moskvada erməni gənclərinin assosiasiyasının dəstəyi ilə yaradılmışdı. "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-ci yeri tuturdu.