Eşli Yanq "İnter"lə müqavilə bağladı

"İnter" "Mançester Yunayted"in futbolçusu Eşli Yanqı transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Milan klubu iyunda ingilis müdafiəçi ilə daha bir il müqavilə bağlaya bilər. "Göy-qaralar" bu keçid üçün 1,5 milyon avro təzminat ödəyiblər.

Yanq "Mançester Yunayted"də 556 oyuna 77 qol vurub, 112 assist edib.