F-1: Dünya çempionu məlum oldu

"Formula-1" üzrə 2017-ci il dünya çempionatının qalibi məlumdur. Sportline.az xəbər verir ki, “Mercedes” komandasının pilotu Lüis Hemilton, ötən gecə keçirilən Meksika Qran-prisində finişə 9-cu çatmasına rəğmən , mövsümün sonuna 2 mərhələ qalmış birinciliyi rəsmiləşdirib. 

Dördüncü dəfə dünya çempionu adına sahib çıxan 32 yaşlı britaniyalı şəxsi hesabda 333 xal toplayıb. Hazırda 2-ci sırada olan “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettelin 227, “Mercedes”in digər üzvü Valtteri Bottasın isə 262 xalı var.

Bununla da Hemilton çempionluq sayında Alen Prosta çatıb. Argentinalı Xuan Manuel Fanixonun 5, Mixael Şumaxerin isə 7 çempionluğu var.

Qeyd edək ki, Meksika Qran-prisinin qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. Konstruktorlar Kubokunu isə hesabında 595 xal olan “Mercedes” əldə edib.