Fatih Terimin futbolçusu haqda dedikləri kameraya düşdü

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə kubokunun 1/4 finalında "Alanyaspor"a səfərdə 0:2 hesabı ilə uduzduqları oyunun gedişində özündən çıxıb.

Sportline.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Yunes Belhandanın qeyri-dəqiq ötürməsinə əsəbləşib. O, köməkçisi Hasan Şaşa futbolçu ilə bağlı "Xəstədir, ruhi xəstə" sözlərini deyib.