"Fənərbağça" ispaniyalı futbolçunun izinə düşüb
"Fənərbağça"nın PSJ-nin futbolçusu Marko Asensio üçün irəli sürdüyü təklifin detalları dərc edilib.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" ispaniyalı yarımmüdafiəçi üçün Fransa nəhənginə 15 milyon avro təklif edib.
Məlumata görə, PSJ futbolçunu klubdan göndərmək istəyir.
"Paris Sen-Jermen" ilə 2026-cı ilə qədər müqaviləsi olan Asensionun klubun planlarında yer almadığı irəli sürülür.