“Fənərbağça” kolumbiyalı forvardı heyətinə qatıb

"Fənərbağça" klubu kolumbiyalı hücumçu Con Duranı 1 illik icarəyə transfer etdiyini rəsmən açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Con Duran müqavilə əsasında "Əl-Nəsr" klubuna məxsusdur.

21 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 47 matçda 24 qolla yadda qalıb.