"Fənərbağça" niderlandlı futbolçu ilə yola davam edəcək
"Fənərbağça" niderlandlı futbolçusu Ceydon Ostervolde ilə yola davam etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, 24 yaşlı futbolçu klubla 2028-ci ilin iyun ayına qədər yeni anlaşmaya qol çəkib.
Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Ostervolde 2023-cü ilin yanvar ayında "Parma"dan "Fənərbağça"ya, 6 milyon avro qarşılığında transfer olunmuşdu.