"Fənərbağça" "Qalatasaray"a məğlub oldu
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Sportline.az xəbər verir ki, “Fənərbağça” “Şükrü Saracoğlu adına Ülkər Stadionu”nda “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 54-cü dəqiqədə Mostafa Mohamed vurub.
Qeyd edək ki, “Qalatasaray” turnir cədvəlində 48 xalla liderdir. Eyni xala malik “Fənərbağça” isə 2-cidir.