"Fənərbağça" Samatta ilə vidalaşır

"Fənərbağça" "Aston Villa"dan birdəfəlik transfer edə bilmə maddəsi ilə icarəyə götürdüyü Mbuana Samatta ilə bağlı qərarını verib.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı hücumçu ilə yollarını ayıracaq. Futbolçu ondan gözlənilən oyunu nümayiş etdirməyib. Buna görə də "sarı-lacivərtlər" tanzaniyalı oyunçu ilə müqaviləni yeniləməyəcək.

Qeyd edək ki, Samatta bu mövsüm 23 matçda 4 qol vurub.