"Fənərbağça" Türkiyə Kuboku ilə vidalaşdı
"Başakşehir" klubu Türkiyə Kubokunda 2020/2021 mövsümünün ilk yarımfinalçısı olub.
Sportline.az xəbər verir ki, Aykut Kocamanın baş məşqçi olduğu kollektiv 1/4 finalda "Fənərbağça"nı səfərdə üstələyib - 2:1. Oyunun əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. 42-ci dəqiqədə Junior Fernandes qonaq komandanı irəli çıxarıb. Meydan sahibləri 44-cü dəqiqədə Maurisio Lemosun meydandan qovulması səbəbindən azlıqda qalıb. Bununla belə, Enner Valensia 72-ci dəqiqədə bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə əlavə vaxtın 6-cı dəqiqəsində Andreas Qulbrandsen qoyub.
"Başakşehir" yar;mfinalda "Konyaspor" - "Beşiktaş" cütünün qalibi ilə qarşılaşacaq.