"Fənərbağça" yeni transferini rəsmən açıqladı

Almaniyanın “Ayntraxt” Frankfurt komandasının müdafiəçisi Simon Falettenin “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, qvineyalı futbolçu yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. “Fənərbaxça” icarə müddəti başa çatdıqda futbolçunu satınalma hüququna da sahib olacaq.

Qeyd edək ki, “Loryan”ın yetirməsi olan 27 yaşlı futbolçu karyerası ərzində “Laval”, “Brest”, “Mets” klublarında da çıxış edib.
 
Falette, 2017-ci ildən “Ayntraxt”ın formasını geyinirdi.