"Fənərbağça"da şok ayrılıq gözlənilir

"Fənərbağça" klubunda şok ayrılıq gözlənilir.

Sportline.az xəbər verir ki, söhbət hücum xəttinin önəmli simalarından olan En-Nesiridən gedir.

Mərakeşli mərkəz hücumçusu komandadan ayrılmaq istəyindədir.

Onun bu niyyətini klub rəhbərliyinə sözlədiyi bildirilir.

Görünür Con Duranın transferi 28 yaşlı forvardı bu addımı atmağa vadar edib.

Qeyd edək ki, Yusuf En-Nesiri ötən mövsüm 30 qol, 5 asist müəllifi olub.

Onun transfer dəyəri 24 milyon avrodur.