"Fənərbağça"dan İtaliya nəhənginə

"Çelsi" Viktor Mozesi "İnter"ə icarəyə verib.

Sportline.az xəbər verir ki, Nigeriya millisinin üzvü İtaliya klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Milan təmsilçisi mövsümün sonunda 12 milyon avro ödəyib, 29 yaşlı oyunçunun transfer hüququna sahib ola bilər.

Mozes mövsümün ilk yarısını "Fənərbağça"da keçirib və 6 oyunda 1 qol vurub, 1 assist edib. O, 2012-ci ildə "Uiqan"dan "Çelsi"yə keçib. London klubu Mozesi "Liverpul", "Stok Siti" və "Vest Hem" klublarına da icarəyə verib. Viktor "Çelsi"də hazırda "İnter"i çalışdıran Antonio Kontenin rəhbərliyi altında çıxış edib.