Fermin Lopez: “Vinisiusun qarşısını almalıyıq”
“Barselona”nın gənc futbolçusu Fermin Lopez “El Klassiko” öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu “Real”ın güclü heyətə malik olduğunu söyləyib.
“El Klassiko” dünyanın ən böyük matçıdır. Bernabeu çətin səfərdir. “Real Madrid”in güclü heyəti var. Vinisius Mbappe Bellingem kimi ulduzlara malikdir. Vinisiusu ayrıca qeyd etməliyəm. O inanılmaz futbolçudur. Ona qarşı oynamaq çox çətindir. Onun qarşısını almalıyıq”, - deyə Fermin Lopez bildirib.
Qeyd edək ki, F.Lopez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 5 matçda 2 asistlə yadda qalıb.