Fernandeşlə bağlı qərar verildi
"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşlə bağlı ədalətli qərar qəbul olunub.
Sportline.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi qarşıdakı 3 oyunda komandasına kömək edə biləcək
İngiltərə Futbol Assosasiyası belə qərara gəlib. Sözügedən qurumun intizam komissiyası Fernandeşin "Tottenhem"lə oyunda (0-3) aldığı qırmızı vərəqəni ləğv edib.
Qeyd edək ki, "Mançester Yunayted" hakimin qərarına etiraz olaraq appelyasiya vermişdi.
Fernandeş həmin oyunun 42-ci dəqiqəsində Ceyms Medisona qarşı qayda pozuntusuna görə cəzalanmışdı.